44 günlük zəfərlə bitən Vətən müharibəsinə gedən məşəqqətli müharibə yolu – general Polad Həşimovun şəhadəti ilə başladı. Onun şəhadəti, şəhidlik zirvəsinə yüksəlməsi 27 illik həsrətin sonu, Qarabağımızın azad olunmasının başlanğıcı oldu.
İllər keçəcək, 14 iyul 2020-ci il tarixindən böyük bir zaman ötəcək Paşamız hər daim gələcək nəsillərimiz tərəfindən böyük məhbbətlə, qürurla hər zaman yad ediləcəkdir.
Torpaq – onu sevincə, qoruyunca, uğrunda canlar fəda olunca Vətən olur.
Bəli, bu bir həqiqətdir.
Bir ovuc torpağın dəyərini bilməyən, vətəni uğrunda canını fəda edə bilməz.
Zəfər Allahdandır.
Bu gün əminliklə deyə bilərik ki, bütün şəhidlərimizin ruhu şaddır. Çünki, onların qanı axdığı, cismdən ayrılan ruhlarının səmalara qalxdığı torpaqlarımız azaddır.
44 günlük Vətən müharibəsində neçə-neçə vətən evlatları oldu ki, onların hər biri azğın, kafir düşmən üzərinə Poladın qisasını alacam deyib torpaqlarımız, məmləkətimizin bütövlüyü uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər.
Allahın bir neməti hesab edirəm ki, Qazi olaraq Paşamızı, sərkərdəmiz general Polad Həşimovu yaxından tanımışam və Polad Həşimov – döyüş yolu məktəbinin yetirməsi olmuşam.
Paşamız Polad Həşimovu yaxından tanıyan, onunla birlikdə 5 ilə yaxın çiyin-çiyinə döyüş yolu keçən vətən evladı olaraq, özümə borc bilirəm ki, bütün görüşlərimdə, bütün çıxışlarımda Polad Həşimovu xatırayıb, onun haqqında insanlara, xüsusi ilə yetişməkdə olan gənclərimizə və gələcək nəsillərimizə bəhs edim.
İnsanlar fərqli-fərqli həyat yaşayıb və müxtəlif səbəblərlə dünyadan küçürlər. Hər birimiz zamanı yetişincə, Allahın izni ilə bu dünyanı tərk edəcəyik.
Milli-mənəvi dəyərlərimizdə, həmçinin də Uca Allahın dərgahında Şəhidlik və Qazilik uca bir zirvədir.
İllər ötəcək, gələcək nəsillərimiz, hansı ki onlar heç vaxt Polad Həşimovu görməyənlərin sevgisi daha qiymətli olacaqdır. Çünki, onlar görmədən sevəcəklər. Bu sevgi ən ali sevgi olacaqdır. Onların yaşadığı, ayaq basıb gəzdiyi Azərbaycan adlı məmləkətin hər bucağında üç rəngli, ay-ulduzlu şanlı bayrağımız dalğalanır.
Sərkərdəmizin cismən dünyadan köçməsinin birinci il dönümündə onu böyük sevgi və rəhmətlə anırıq.
Şəhadəti ilə məmləkətimizi bütövləşdirən General, şəhid qardaşım Polad Həşimov – məkanın cənnət, ruhun şad olsun!
___________________
?️Qazi_Ülvi Qədir.