2 il bundan öncə 5 iyul 2020-ci il tarixində Green Start Academy olaraq daha bir layihənin – “Sevgi pedaqogikası – Valideyn Məktəbi”nin əsasını qoymuşduq. Cəmiyyətin ziyalı təbəqəsinin birləşdiyi layihənin icrasına onlayn başlasaq da bu gün canlı görüşlərimizlə bu işi uğurla davam etdirməkdəyik.
Valideyn-övlad, müəllim-şagird münasibətləri ilə bağlı bütün təklif və istəklərinizə açığıq. Yetər ki, bizə sevgiylə bağlanın.