Bu gün gözəl bir gündür. Çünki hər tərəfdən ali məktəbə qəbul olunanların və onların doğmalarının sevinc səsləri gəlir.
Tələbə adını qazanan hər kəsi təbrik edir, bundan sonra onları gözləyən bu vacib marafonda aşağıdakı məsələlərə diqqət etmələrini tövsiyə edirik:
– Tezdən durmaq və hər gün dərs çalışmaq, müddəti tələbədən asılı ola bilər amma hər gün çalışılmalıdır.
– İngilis dili və kompyuteri çox yaxşı öyrənmək.
– Fərqli mənbələrə müraciət atmək, ali müəssisənin müəllimləri və dərslikləri ilə kifayətlənməmək.
– İxtisasla əlaqədar xarici ödənişli və ödənişsiz ixtisasartırma təlimlərinə qoşulmaq, elektron öyrənmə platformalarını istifadə etmək.
– Məcbur deyilsə ali məktəb oxuyarkən işləməmək, pul diqqəti çəkir və dərsdən yayındırır.
– Könüllülük fəaliyyətlərinə qoşulmaq.
– 3 və 4-cü kurslarda gələcəkdə işləmək istədiyi sahədə praktikada olmaq.
– Ali məktəb müddətində evlənməmək.
– İşdir evlənsə belə övlad məsələsini gecikdirmək.
– Sosial media və oyunlarla münasibətlərdə diqqətli olmaq, aludə olmamaq.
– Mühiti yaxşı müəyyən etmək, insan ətrafındakı insanların ortalamasıdır.
– Səhv ixtisasda olduğunu düşünürsə bir il sonra dəyişdirmək.
– Gələcəkdə müxtəlif peşələrə keçid etməyə hazır olmaq.
– İxtisasın qollara bağlanan bir qandal olmadığını başa düşmək və özü üçün müxtəlif iş variantları əmələ gətirmək.
– Ali məktəbin mövcud imkanlarından maksimum faydalanmaq, sosial fəaliyyətlərə qoşulmaq və emosional intellekti inkişaf etdirmək.