TOVUZ DÖYÜŞLƏRİ – Zəfərə aparan yol

İyul 12, 2025

Tovuzda döyüşənlər və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan oğullarımız ruhumuzun qalalarıdır.

Tovuz döyüşləri — 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalardır. Bu döyüşlər Ermənistanın Tovuz rayonu istiqamətində təxribat xarakterli hücumu ilə başladı və Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə qarşılandı.

Bu qanlı döyüşlərdə Azərbaycanın 2 hərbi qulluqçusu və 1 mülki şəxs şəhid oldu. Şəhidlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev kimi yüksək rütbəli zabitlər də vardı. Ermənistanın isə 100-dən çox hərbçisi itki verdi, bir neçə hərbi texnikası məhv edildi. Tovuz döyüşlərinin tarixi əhəmiyyəti – Vətən müharibəsinə gedən yolun mühüm mərhələsi hesab edilməsidir. Bu döyüşlərin nəticəsində Azərbaycan xalqı və ordusu arasında birlik daha da gücləndi.

Hər il 12 iyul Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi qeyd olunur.

Allah rəhmət eləsin!

28 iyun – Müşfiq Ötgünlə görüş