Ailədə uşaqların cinsi tərbiyəsi olduqca mürəkkəb və çoxcəhətli mövzulardandır. Onun fəlsəfi, tibbi, psixoloji və pedoqoji aspektləri vardır. Valideyn Məktəbi: Sevgi pedaqogikasının cümə günü saat 21:00-da olacaq canlı yayımında mütəxəssis qonağımız — ailə və qadın cinsi problemləri üzrə həkim-psixoloq İlhamə Balakişiyeva ilə bu mövzuda müzakirə aparacaq, valideynlər, müəllimlər və tərbiyəçilər üçün faydalı olmağa çalışacağıq.